Biri var idi, biri yox idi…

Biri var idi, biri yox idi…

Biri var idi, biri yox idi. Xəzər dənizinin sahilində fərqli gözəlliklərə, qədim tarixə, mehriban, emosional insanlara sahib bir şəhər var idi. Bəlkə də bu dünyadakı yeganə şəhərdir ki, burada neft iyi insanları sevindirir. Hətta bu şəhərə kiçik neft krallığı da demək olardı. Sanki bu neftdən hər insanın içində də var idi. Hər bir insanın içərisində bir istilik, bəzənsə alovlanmağı gözləyən bir qığılcım var idi. Read the rest of this entry

Çarəsi Günəş…

Çarəsi Günəş…

Hava soyuqdur, qar yağıb. Hamı çölə çıxmaqdan qorxur. Ya sürüşüb yıxılmaqdan, ya da şaxtadan, soyuqdan qorxurlar. Mənsə evdə oturmaqdan qorxuram. Qəribədir, məni qorxudan yenə də soyuqdur. İndi hamınız fikirləşirsiniz ki, evimiz soyuqdur. Tərsinə, çox isti evimiz var :-) Məni qorxudan başqa soyuqdur. Elə bilirəm ki, evdə otursam içim buzlayacaq, ruhuma soyuq dəyəcək. Nə sürüşüb yıxılmaqdan, nə də soyuqdan bu qədər qorxmuram. Hollywood kinosu olsa qorxumu belə çəkərdim: Heç kimlə danışmadığım evdə oturduğum hər gün bir hissəm buzlayır. Sonda isə ruhum təmiz don vurur. Ruhum buzlayır. Bunan sonra istəsəmdə artıq kimləsə danışa bilməyəcəyəm. Ruhumun buzunun əriməsinin isə yalnız bir çarəsi var… Həyatıma günəş kimi girəcək biri… Yaradıcılığıma burda ara verib yazımı tamamlayım :-) Read the rest of this entry

Keçmiş :-(, İndi :-), Gələcək ?

Keçmiş :-(, İndi :-), Gələcək ?

Hava pisdir, özüm xəstəyəm, heç nə eləməyə həvəs yoxdur :-( Həyatımı maraqsız hiss elədiyim anda bir ay əvvəl fikirləşdiklərim yadıma düşdü. Bu gün üçün imtahanlarım qurtarandan sonra o qədər planlarım varıydı ki :-( İndi hamı fikirləşir ki, burda səndən asılı heç nə yoxdu ki, hamıda belədir. Söhbət nə mənim xəstə olmağımdan, nə də çöldəki çovğundan gedir. Söhbətimin məğzi odur ki, bu gün hava günəşli olsaydı belə, ya da özümü əla hiss eləsəydim belə heç nə dəyişməyəcəkdi. Yəni ömrüm boyu həyatımı nəyəsə görə təxirə salıb sonra da eləməmişəm. Onda artıq başqa nəyəsə görə təxirə salmışam. Həmişə mənim yerimdə olmağı arzulayanları fikirləşmədən başqalarının yerində olmağı arzulamışam. Həyatıma qısa baxış keçirək : Read the rest of this entry

Niyə belə edirik?

Niyə belə edirik?

Çoxdandır heç nə yazmıram. Bunun əsas səbəbi imtahan həyacanıdır. Əslində bütün günü oxumuram, yəni vaxtım var, əslində hətta oxuduqlarımın hamısını bir gündə də oxuyub öyrənə bilərəm, amma oxuduqlarıma 1% də olsun həvəsim olmadığına görə vaxt belə çox gedir. Bu qədər oxumağımın isə çox böyük bir səbəbi yoxdu, birinci imtahandan onsuzda 4 almışam, ikincidən də 5, yəni normal, 1-2 dəfə oxusam da 4 ala bilərəm, amma yenə də özümü öldürürəm ki, 5 alım. Hətta 5 almaq rahat olanda çox oxuyuram ki, 50 yığım. İndi bunu oxuyanlar ağız-burun əyəcək ki, buna bax, biz ölə-ölə keçirik, bu 5 alır, hələ 50 də istəyir. Neyləyim, mənim olduğum vəziyyət və qrup yoldaşlarım arasındakı görünməz rəqabət bunu tələb eliyir :-( Read the rest of this entry

“Darıxdım” demişkən yadıma düşdü…

“Darıxdım” demişkən yadıma düşdü…

Dünən Ceyhunun yazısını heç oxuyub qurtarmadan, ağlıma darıxdıqlarım gəldi. Belə ki, dünəndən bəri bu haqda fikirləşirəm. Axırda qərara gəldim ki, bu haqda yazım və gedim imtahanıma hazırlaşım.

Darıxdıqlarım….

* Köhnə həyətimiz üçün darıxmışam.

* Həyətdən evə gəlmədən saatlarca oyunlar oynadığımız günlər üçün darıxmışam. Read the rest of this entry

Hekayənin gözəli gerçəyidir…

Hekayənin gözəli gerçəyidir…

- Necəsən ?
- Belə də…
- Çoxdandır, məni yada salmırsan…
- Hə, artıq böyümüşəm.
- Böyüyəndə nolur ki?
- Boş-boş şeylərə vaxt qalmır…
- Yaxşı onda mən gedim.
- Heç çağırmamışdım da. Read the rest of this entry

Varlı qız, kasıb qız… Və mən – Xoşbəxt qız

Varlı qız, kasıb qız… Və mən – Xoşbəxt qız

Bu gün səhər oyandım. Böyük işıqlı otaq, əzəmətiylə məni qorxudan çilçıraq, qızıldan suvenirlər və otağı təmizləyən qulluqçular. Gözlərimi zorla açıram, ayağa qalxıram və yenə mənasız günlərdən biri. Türk seriallarındakı kimi əynimə dar, narahat don və dikdaban ayaqqabı geyirəm və düşürəm birinci mərtəbəyə. Səhər yeməyi hazırdı, stolun üstündə hər şey var, hətta quş südü də var, amma mən heç nə yemirəm. Çünki, o dar, minlərlə dollar pul verilmiş donların içinə girə bilməliyəm. Səbəbi isə çox sadədir. Bunu eləyən digər milyonçu qızlarından fərqlənməməliyəm. Atam həmişəki kimi daha çox pul qazanmaq üçün işlədi. Nəzərə alın ki, bu imkana çatandan sonra daha çox pul qazanmaq daha çətindir. Read the rest of this entry

- Sevindin??? Yeesss…

- Sevindin??? Yeesss…

Oturmuşdum dekanatlıqda, müəllim gözləyirdim. Ac olduğumu unuda bilmirdim. Fikirləşdim neyniyim, ağlıma gəldiki nəsə yazım. Bəlkə maraqlı nəsə olar aclığımı unudaram. Bir tərəfdən başım ağrıyır, yorğunam… :-( Yəqin ki, bu anda kiminsə məni sevindirməyini istədim ki, yazdım sevindirmək haqda.
Ətrafımızdakıları necə sevindirə bilərik? Mən bunu necə eliyirəm? Bunun sirrini mən bilirəm ama sizə demiyəcəm :-) Bəs onda post nə haqda olacaq? Read the rest of this entry

Gecikmiş etiraflar…

Gecikmiş etiraflar…

Etiraf edirəmki …

Bu günlərdə bir neçə blog oxudum. Hamısı da etiraf haqqindaydı. Fikirləşdim ki, mənim nə əskiyim var? Oturum mən də etiraf yazım. Fikirləşdim ki, özüm haqda yazacam da, nə qədər çətin ola bilər ki? Bir vərəq götürdüm, bir qələm hətta, ilham gəlsin deyə şam da yandırmaq istədim. Nəsə hazırlıq mərhələsin bir kənara qoyaq keçək əsas məsələyə. Mən etiraf edirəm ki, mən 1992-ci il aprelin 22-si Zaqatala rayonunun Muxax kəndində anadan olmuşam. Etiraf edirəm ki, özüm haqda əmin olduğum tək məlumat budur. Read the rest of this entry

Mən gəldim…

Mən gəldim…

Dünən dostum mənə “sən də blog aça bilərsən” dedi, cəsarətləndirdi və nəsə yazmağımı istədi. Bu gun isə burdayam, artıq nəsə yazıram və ümid edirəm ki, indidən sonra yazacaqlarım maraqlı olacaq. Stimul olaraq isə “Həyatda insanın istəyib,amma nail ola bilməyəcəyi heç nə yoxdu” ifadəsini götürdüm .Mən də bunu cox istiyirəm :-)